ATƏT Qarabağ münaqişəsinin nizamlanması məsələsində yalnız dialoq tərəfdarıdır – təşkilatın rəhbəri

ATƏT Qarabağ münaqişəsinin nizamlanması məsələsində yalnız dialoq tərəfdarıdır, bu barədə cümə axşamı Bakıda keçirilən brifinqdə təşkilatın sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə danışıqlardan sonra bildirib.

“Mən Ermənistan-Azərbaycan münaqişəsindəki irəliləyişlərdən və konstruktiv müzakirələrdən çox razıyam. Biz yalnız dialoqu dəstəkləyirik”, – deyə Bakoyannis bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan həm Avropa, həm də Cənubi Qafqazda stabillik və təhlükəsizlik məsələlərində əsas rollardan birini oynayır. “Bizə güclü və stabil Avropa lazımdır”, – deyə Bakoyannis bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO