ATƏT-in sədri bildirmişdir ki, dondurulmuş münaqişələrin həlli üçün daha çox səy göstəriləcəkdir

ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Vaşinqtona səfəri çərçivəsində ABŞ Helsinki Komissiyasında çıxış etmişdir. ATƏT-in mətbuat xidmətinin məlumatında deyilir ki, ATƏT-in sədri təhlükəsizliyə yeni çağırışlar və hədələrlə mübarizədə dövlətlər arasında etimad böhranının aradan qaldırılmasının vacibliyini diqqətə çatdırmışdır.

K.Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə insan hüquqları və mətbuat azadlığı sahələrində öncül istiqamətlərdən danışmışdır. Əfqanıstanla əməkdaşlığın genişləndirilməsi, habelə Dağlıq Qarabağ, Moldova, Gürcüstanda dondurulmuş münaqişələrin həlli üçün səylər artırılacaqdır. Bununla əlaqədar, K.Saudayev fevralın 15-18-də Cənubi Qafqaz regionuna səfər edəcəkdir.

Vaşinqtona səfəri çərçivəsində ATƏT-in hazırkı sədri ABŞ-ın dövlət katibi Hillari Klinton, energetika naziri Stiven Çu, milli təhlükəsizlik üzrə müşavir, general Ceyms Cons və ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Riçard Holbruk ilə görüşəcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO