ATƏT-in Minsk qrupunun ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına sadiqdirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Bakıya və Yerevana səfər ediblər. ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib. Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Keçirilən bütün görüşlərdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlamasına nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini təsdiq ediblər.

Press-relizdə deyilir ki, təmas xəttində baş vermiş son hadisələri nəzərə alan həmsədrlər 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə dair razılaşmanı riayət etməsinin vacibliyini vurğulayıblar.
“Onlar təsdiq ediblər ki, bu cür hadisələr onu göstərir ki, sərhəd bölgələrində baş verən insidentləri araşdırmaq üçün, prezidentlərin razılıq verdiyi məqsədyönlü mexanizmi həyata keçirmək zəruridir. Həmsədrlər həmçinin insanlar arasında etimadı doğrultmaq, dini, mədəni məkanları və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıblar”, – bəyanatda deyilir.

Həmsədrlər noyabrın 29-u Ermənistan və Azərbaycan arasında sərhədini ayaqla keçərək hər iki tərəfin rəsmiləri ilə sərhəd regionundakı vəziyyəti müzakirə etmək üçün görüşüblər. Noyabrın 30-da həmsədrlər Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşüblər və vurğulayıblar ki, münaqişənin sülh yolu ilə həll olunması məcburi köçkün və qaçqınların öz yurd yuvalarına qayıtmaq hüquqlarını özündə əks etdirməlidir.

Dekabrda ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək iclası qabaq həmsədrlər tərəfləri sülh nizamlanmasına və saxlanması qəbul olunmaz olan status kvonun çərçivəsindən kənara çıxmağa yenidən öz sadiqliyini təsdiq etmək üçün fürsətdən faydalanmağa çağırıblar, bəyanatında bildirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO