ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye dünən Azərbaycana gəlib. Fasye bu gün öz səlahiyyətlərini yeni həmsədr Jak Fora təhvil verməsinə həsr olunmuş mətbuat konfransı keçirəcək. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri Jak For səlahiyyətlərinin icrasına gələn ilin yanvarından başlayacaq.