Məlumata görə, bunu o, bu gün Vyanada öz işinə başlayan ATƏT Parlament Assambleyasının qış sessiyasının açılışında bildirib.
A,Ajubalis regionda həlli uzadılmış münaqişələr mövzusuna toxunaraq qeyd edib ki, ATƏT sədri səlahiyyətlərini qəbul etdikdən sonra təşkilatın Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
“Mən Dağlıq Qarabağda situasiyanın pisləşə biləcəyindən narahatam. Təmas xəttində itkilərin sayı artan templə gedir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu Minsk Qrupu həmsədrlərinin iştirakının fəallaşdırılması ilə qorunub saxlanacaq. Biz münaqişə tərəflərini və ATƏT-in iştirakçı ölkələrini etimadın və ATƏT-in monitorinqinin fəaliyyətinin möhkəmləndirilməsi üçün müxtəlif variantda tədbirləri nəzərdən keçirməyə çağırırıq” – deyə A.Ajubalis qeyd edib.
ATƏT sədri qeyd edib ki, münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə etmək üçün martın ortalarında Cənubi Qafqaz regionuna səfər edəcək.