ATƏT-in Bakı ofisi siyasi partiya təmsilçiləri üçün seçki müşahidəçiliyinə dair seminarlara başlamışdır

Oktyabrın 13-də ATƏT-in Bakı ofisi bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri üçün müşahidəçilərin hazırlanması məqsədi ilə seçki müşahidəçiliyinə dair seminarlara başlamışdır. Noyabrın 1-nə qədər davam edəcək seminarlarda 14 siyasi partiyanın təmsilçiləri iştirak edəcəklər.

Bakıda və respublikanın 10 rayonunda keçiriləcək seminarların əsas məqsədi siyasi partiya təmsilçilərini ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri, müvafiq müşahidə metodologiyaları, bu sahədə mövcud olan mütərəqqi beynəlxalq təcrübələr və müşahidəçilərin seçki prosesinə müdaxiləsinin qarşısının alınmasına dair təlimat haqqında məlumatlandırmaqdır.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel demişdir ki, “Biz ümid edirik ki, bu cür seminarlar bütün siyasi qüvvələrin seçki prosesinə inamını artıracaq və siyasi partiya təmsilçiləri arasında qarşılıqlı münasibətləri təşviq edəcəkdir”.

ATƏT-in Bakı ofisi, həmçinin bitərəf müşahidəçilər üçün də qurumun demokratik seçkilərə dair öhdəlikləri və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq uzunmüddətli və qısamüddətli təlim sessiyaları təşkil edəcəkdir. Könüllü müşahidəçilər üçün isə seçkilər günü “qaynar xətt” və hüquqi məsləhət xidmətləri yaradılacaqdır.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO