ATƏT-in Bakı ofisi Şəkidə seçki müşahidəçiliyinə dair seminar keçirmişdir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisi Şəki şəhərində siyasi partiyaların rayon təşkilatı təmsilçiləri üçün seçki müşahidəçiliyinə dair seminar keçirmişdir. Tədbirdə Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən 9 siyasi partiyanın 25 nümayəndəsi, habelə şəhər icra hakimiyyətinin məsul işçisi iştirak etmişlər.

Seminarı giriş sözü ilə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Bilge Cankorel açmış, qurumun demokratikləşmə şöbəsinin müdiri Jacqueline Carpenter ATƏT-in seçki öhdəlikləri barədə məruzə etmişdir. Bosniya-Herseqovina Müstəqil Sosial Demokrat Partiyası Təlim Mərkəzinin direktoru Vanja Malidzan seminar iştirakçılarına müşahidəçinin hüquq və vəzifələri, müşahidəyə hazırlıq, seçki günü müşahidənin təşkili, rabitə və digər məsələlər barədə ətraflı məlumat vermişdir. Sonda seminar iştirakçılarının suallarına aydınlıq gətirilmişdir.

ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə belə seminarlar artıq Bakı, Sumqayıt, Gəncə, Tovuz, Bərdə və Zaqatala şəhərlərində baş tutmuşdur. Növbəti seminarlar Qusar və Lənkəran şəhərlərində keçiriləcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO