ATƏT-in Bakı Ofisi Gəncədə seminar keçirib

Seminar referenduma həsr olunub

ATƏT-in Bakı Ofisi Gəncədə “Seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair məlumat sessiyaları” mövzusunda seminar keçirib.
Tədbirdə qurumun rəhbəri Aleksis Şahtaxtinski, Prezidentin İcra Aparatı, Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndələri, 20-dən artıq şəhər və rayonun İcra Hakimiyyəti başçıları, Dairə Seçki Komissiyalarının sədrləri iştirak edib.

Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, seminarda İcra Hakimiyyəti başçıları və DSK sədrləri seçki prosesinə müdaxilə hallarının qarşısının alınmasına dair qanunun tələbləri barədə məlumatlandırılıb. Bildirilib ki, əsas məqsəd demokratik prinsiplərə cavab verən, şəffaf səs vermənin keçirilməsidir.

ATƏT-in Bakı ofisinin rəhbəri Aleksis Şahtaxtinski xüsusi vurğulayıb ki, maarifləndirici görüşlərin müsbət nəticə verməsi daha öncəki təcrübələrdən məlumdur.
Analoji seminarlar bundan sonra Bakı və Şirvan şəhərlərində təşkil olunacaq.
Vüsalə Cənnətova

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO