ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Trend-in məlumatında görə, o, səfəri zamanı hökümət, siyası partiya və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Zannier 8 və 9 iyul Bakıda, 10 və 11 iyul – Tbilisi və Batumidə, 11 və 12 iyulda isə Yerevanda görüşlər keçirəcək.
Baş katib səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri, o cümlədən 3 ölkənin XİN başçıları ilə hərbi, siyasi, ekoloji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Trend.az