ATƏT-in baş katibi Lamberto Zannier martın 15-də Azərbaycana gələcək. Bu barədə çərşənbə günü Trend-ə təşkilatın Bakı ofisindən bildiriblər.
Zannierinin Bakıda ölkə rəhbərliyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri planlaşdırılıb.
“Səfər çərçivəsində ATƏT-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələləri müzakirə ediləcək” , – ATƏT-in Bakı ofisindən bildirilib.