ATƏT hüquqşünaslar üçün səhnələşdirilmiş məhkəmə təlimlərinə başlayıb

ATƏT Azərbaycanda peşəkar hüquqşünaslar üçün səhnələşdirilmiş məhkəmə təlimlərinə başlayıb. ATƏT-lə Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə cümə axşamı təlimlərin açılışı olub. Üç gün davam edəcək təlimlərdə hakimlər, prokurorlar və vəkillər iştirak edəcək. Kurslar ədalət mühakiməsi standartlarının öyrənilməsinə və onların praktiki tətbiqində səmərəliliyin artırılmasına, Azərbaycanın ədliyyə sisteminin fəaliyyətinin səmərəliliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirlməsinə yönəlib.

Tədbirdə iştirak edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel bildirib ki, ATƏT-in Bakı ofisi ötən illər ərzində hakimlərin və Baş Prokurorluq əməkdaşlarının peşəkarlığının artırılmasına fəal dəstək verib. “Ümidvaram ki, bu təlimlər iştirakçılar üçün faydalı olmaqla, hakimlər, dövlət ittihamçıları və vəkillərin peşəkarlığının artırılmasına dəstək verəcək”, – deyə səfir vurğulayıb.

Təlimlər ədalət mühakiməsi standartları və məhkəmə zalının idarə olunmasının müsbət təcrübəsinə həsr olunmuş seminardan və səhnələşdirilmiş məhkəmə sessiyalarından ibarətdir. Məhkəmə dinləmələrinin simuliyasiyası zamanı xüsusi diqqət məhkəmə zalının gündəlik idarə olunmasında ədalət mühakiməsi standartlarının tətbiqinə və məhkəmə iclası iştirakçıları arasında yaranan ünsiyyətinin qiymətləndirilməsinə yetiriləcək.

Tədbirdə “təlimçilərin təlimi” kurslarının iştirakçılarına sertifikatlar verilib. Hər biri 5 nəfər olmaqla vəkil, hakim və prokurorlar üçün aprel ayında ATƏT-in Bakı ofisi xüsusi kurs keçib. Kurs iştirakçıları gələcəkdə müvafiq qurumların əməkdaşlarının davamlı peşə təhsilinin bir hisssəsi kimi, səhnələşdirilmiş məhkəmə təlimlərinin müvəffəqiyyətlə keçirilməsi üçün lazımi biliklərə yiyələniblər.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO