ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın səylərini dəstəkləyir – sədr

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın səylərini dəstəkləyir – sədr “Bu kontekstdə Rusiyanın münaqişənin nizamlanmasında irəliləyişə nail olunmasına yönəldilmiş cəhdlərini dəstəkləyirik”, – Ajubalis deyib.
Ajubalis ATƏT missiyasının yerlərdə rolunu da qiymətləndirib və qeyd edib ki, “onlar iştirakçı dövlətlərə öhdəliklərini yerinə yetirməkdə yardım göstərilməsində mühüm xidmətlər göstərirlər”.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO