ATƏT Azərbaycanın regionunda sayca üçüncü hüquq müdafiəsi mərkəzini açıb

ATƏT-in Bakıdakı ofisi Gəncədə əhaliyə pulsuz hüquqi məsləhətlərin verilməsi və hüquq sahəsində mütəxəssislərin hazırlanmasına dəstək göstərmək məqsədilə hüquq müdafiəsi mərkəzi açıb, Avropada Təhlükəsilik və Əməkdaşlıq Təşkilatının rəsmi məlumatında deyilir. Bu, artıq ATƏT ofisinin dəstəyi ilə Azərbaycanın regionlarında açılan üçüncü hüquq müdafiəsi mərkəzidir. İlk iki mərkəz Sumqayıt və Lənkəranda yaradılıb.

“Bu mərkəzlər yerli əhali üçün mühüm əhəmiyyət kəsb edir, mərkəzin hüquqşünasları tərəfindən baxılan çox sayda müxtəlif işlər, həmçinin ərizələrin daimi artımı buna sübutdur”, – ATƏT-in Bakıdakı ofisinin rəhbəri Əli Bilgə Cankorel açılış mərasimində deyib.

Hüquq müdafiəsi mərkəzi kompüter avadanlığı, İnternetə giriş və təcrübə keçən hüquqşünaslar üçün kitabxana təqdim edir. Bu kitabxana Azərbaycanın qərb hissəsindəki şəhərlərdə – Gəncə və ona yaxın olan rayonlarda böyüklüyünə görə ikinci yerdə durur.

Mərkəz həmçinin təcrübə keçən hüquqşünasların, hakim və prokurorların milli qanunvericiliyin tətbiq edilməsində potensialının möhkəmlənməsinə imkan yaradacaq. Gəncədəki mərkəzdə əhaliyə vaxtlı-vaxtında qardım göstərilməsi üçün xüsusi “qaynar xətt” yaradılıb. Mərkəz Transparency-Azerbaijan qeyri-hökumət təşkilatının idarəçiliyi altındadır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO