
“Sədrliyimiz dövründə ATƏT məkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq”.
Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano “RİA Novosti”yə müsahibəsində deyib.
A. Alfano həllinə diqqət ayıracaqları münaqişələr sırasında Ukrayna, Dnestryanı və Gürcüstan münaqişələrini də qeyd edib.
APA