“ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var. ATƏT də bu prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır”. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç deyib.
R.Krivokapiç bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə Minsk qrupunun fəaliyyətinin canlandırılmasına və münaqişənin həll yollarını tapmağa çalışırlar.