ATƏT-in parlamentlərarası qrupu yaradılacaq. Trend-in məlumatına görə, bu barədə təklif ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsinə edilən düzəlişdə əksini tapıb.
Düzəliş səs qoyularaq qəbul olunub. Qətnamə layihəsinə düzəlişlər üzrə müzakirələr davam edir.
Qətnamə layihəsinin iyulun 1-də səsə qoyularaq qəbul edilməsi gözlənilir.