ATƏT-in yeni təyin olunmuş milli azlıqların işi üzrə Ali Komissarı Astrid Tors vəzifəsinin icrasına başlayıb. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, A. Tors bu vəzifəni növbəti 3 il ərzində icra edəcək.
Onun bu vəzifəyə təyinatı ATƏT üzvü olan 57 ölkə arasında əldə edilmiş konsensus nəticəsində mümkün olub.
Astrid Tors 2004-cü ildən Finlandiya parlamentinin üzvü olub. Xanım Tors həmçinin Avropa Parlamentinin üzvü və Finlandiyanın miqrasiya məsələləri və Avropa işləri naziri olub