Azərbaycan ilə Avropa Şurası arasında çox yaxşı əməkdaşlıq mövcuddur.
Trend-in məlumatına görə, bunu Azərbaycana səfərə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalistlərə bildirib.
O qeyd edib ki, tərəflər arasında heç bir problem yoxdur.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt bu gün Azərbaycana səfərə gəlib.
Səfərin məqsədi haqqında bildirən P.Aqramunt Azərbaycanda bir sıra yüksək səviyyəlli görüşlər keçirəcəyini, o cümlədən, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcəyini söyləyib.