AŞ PA həmməruzəçisinin Bakıya səfəri təxirə salındı

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya səfəri gözlənilmədən təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə AŞ PA-nın “Twitter”dəki səhifəsində qeyd olunur.

Səfər aprelin 8-9-na planlaşdırılmışdı.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt sonuncu dəfə bu il 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti müzakirə etmək olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO