Artıq yaşayış yeri haqqında arayışları elektron formada ala biləcəyik

“Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 elektron arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:

– Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış;
– Yaşayış yeri haqqında arayış;
– FİN-ə görə fərdi məlumatların axtarışı;
– Diplom haqqında məlumatlar.

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış – Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

FİN-ə görə fərdi məlumatların axtarışı – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqqında e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:

– Soyad, ad, ata adı
– FİN
– ŞV verilmə tarixi
– Etibarlılıq tarixi
– Verən orqanın adı
– Vətəndaşlıq
– Yaşayış ünvanı
– Doğum yeri
– Doğum tarixi
– Boy
– Qan qrupu
– Ailə vəziyyəti
– Hərbi vəzifə
– Cins
– Göz rəngi

Diplom haqqında məlumatlar – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:

– Qəbul olduğu təhsil müəssisəsinin adı
– Qəbul olduğu ixtisas
– Yerdəyişmə üzrə məlumatlar
– Bitirdiyi təhsil müəssisəsinin adı
– Bitirdiyi ixtisas
– Fakültə
– Təhsil pilləsi
– Təhsil forması
– Təlim dili
– TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
– Təhsil müəssisəsinə daxil olduğu il
– Təhsil müəssisəsini bitirdiyi il
– Diplomun seriya və nömrəsi
– Diplomun növü

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, portal vasitəsilə İD nömrə üzrə yoxlanılması mümkündür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO