Ariel Koen: Yaxın Şərqdə inqilablarda məyusluqlar olmayacaq

Yaxın Şərqdə baş vermiş inqilablarda məyusluqlar olmayacaq. Trend-in məlumatına görə, Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə “İrs” Fondunun aparıcı eksperti Ariel Koen belə hesab edir. “Ərəb baharının “qıcıqlandırılmasında” KİV-in təsirindən danışanda etiraf etmək lazımdır ki, ərəb ölkələrində uzun illər azadlığın yetərli səviyyəsini təmin etməyən avtoritar rejimlər devrilir. Həmin ölkələrdəki gənclər internet sayəsində öz ölkələri ilə demokratik ölkələr arasındakı fərqi görə bilirlər. Onlar hakimiyyətdən onun verə bildiyindən daha çox şey gözləyirlər. Həmin inqilabların nəticələri ümidləri doğrultmaya bilər, lakin mən çox ümid edirəm ki, Yaxın Şərqdə baş vermiş inqilablarda böyük məyusluqlar olmayacaq”, – Koen cümə günü Bakıda Beynəlxalq Humanitar Forumda çıxış edərkən deyib.
Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul edilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO