Ariel Koen: Rusiyanın Qəbələ RLS-in istismarını dayandırması Azərbaycan üçün yeni imkanlar açır

Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsini davam etdirməkdən imtina etməsi Azərbaycanın yeni hərbi-siyasi əlaqələri üçün imkanlar açır. Bu barədə Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə “İrs” Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen bildirib. “Mən Rusiyanın Qəbələ RLS üzrə sazişdən imtina etməsinə təəccüblənmədim”, – Koen çərşənbə axşamı Trend-ə bildirib.
Onun sözlərinə görə, bu gün Moskva ilkin xəbərdarlıq sistemlərinin yaradılması üzrə yeni texnologiyalara malikdir ki, bu da Rusiya hərbçilərinə Rusiya ərazisində böyük sahələri əhatə etməyə imkan verir. Bu isə xaricdə RLS saxlamaqdan daha az xərc tələb edir.
“[Qəbələ RLS üzrə danışıqlardan çıxmaq] qərarı Azərbaycanın yeni hərbi-siyasi əlaqələri üçün yeni imkanlar açır”, – Koen deyib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO