Fransanın “Arianespace” şirkəti Azərbaycanın “Azerspace-2/Intelsat 38” telekommunikasiya peykinin orbitə çıxarılması ilə məşğul olacaq.
Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda “BakuTel-2015” sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şirkət “Azərkosmos” ASC-nin ll telekommunikasiya peykinin orbitə çıxarılması üzrə tenderin qalibi olub: ” Arianespace” Azərbaycanın I peykini də orbitə çıxarmışdı. “Azərkosmos”un bu şirkətlə növbəti müqavilə imzalayacağını gözləyirik”.
Qeyd edək ki, “Azerspace-2/Intelsat 38″in 2017-ci ildə orbitə buraxılması gözlənilir.