AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Avropa Komissiyası arasında əməkdaşlıq genişlənir

Avropa Komissiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığa xüsusi önəm verir. Bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdnerin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göndərdiyi məktubda bildirilir. Məktubda Avropa Komissiyası ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlığın perspektivləri yüksək qiymətləndirilir və əlaqələrin daha da genişlənməsinin vacibliyi vurğulanır.

Xanım komissar Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinə Şura ilə sıx əməkdaşlıq etməyi tövsiyə etmişdir.
Şuradan bildirmişlər ki, Benita Ferrero-Valdner Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycan QHT-lərinin dəstək verməsinin təşkilini xahiş etmişdir.

AzerTac

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO