Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək Bu barədə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.

“Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu cari ilin yayında keçirilə bilər”, – Popov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında “2+1” formatında danışıqlar səmərəlidir və gələcəkdə davam etdirilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO