Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan həmsədrlərin aprelin 11-12-də İrəvanda səfərdə olacaqlarını deyib. Vasitəçilər xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sərkisyanla görüşəcəklər.
Xatırladaq ki, həmsədrlərin Bakı və Xankəndinə də səfərləri nəzərdə tutulur. Onların Azərbaycan paytaxtına aprelin 13-14-də gəlməsi gözlənilir. Vasitəçilər Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovlar görüşəcəklər.