Ankarada Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyində S. Əbiyevin şərəfinə fəxri qarovul düzülüb. Nazirlikdəki xatirə dəftərini imzaladıqdan sonra jurnalistlərə açıqlama verən Vəcdi Gönül müzakirə olunacaq məsələlər barədə məlumat verib: “Görüşdə hər iki ölkəni maraqlandıran məsələlər, xüsusilə qəbul etmədiyimiz Dağlıq Qarabağ məsələsi və s. müzakirə edəcəyik. Müdafiə sənayesi, hərbi tədris, təlimlərə qatılma kimi məsələlər ön planda olacaq”.

Azərbaycan və Türkiyə arasında hər hansı bir problemin olmadığını deyən Səfər Əbiyev isə hər sahədə Azərbaycanı dəstəkləyən Türkiyəyə təşəkkür edib. Nazir görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərin xüsusi əhəmiyyət kəsb edəcəyini vurğulayıb: “Bu gün qeyd etdiyimiz məsələyə dair müzakirələrimiz ümid edirəm nəticə verəcək. Torpaqlarımızın bir qarışını da verməyəcəyik. Azərbaycan bütün gücünü səfərbər edərək, lazım olan vaxt öz torpaqlarını azad edəcək. Biz bu sözlərimizdən geri çəkilməyəcəyik. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarından şərtsiz çıxmalıdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO