Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına Almaniya Kansleri Angela Merkel də qatılmayacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Daha əvvəl Almaniya Prezidenti Yoahim Qaukun da olimpiadaya qatılmayacağı açıqlanmışdı.
Gələn ilin 7-23 fevral tarixlərində keçiriləcək dünya yarışmasında Almaniyanı daxili işlər naziri Tomas de Matsire təmsil edəcək.
Prezident və Kanslerin Rusiyaya getməməsinə səbəb kimi RF-dəki insan haqları vəziyyəti və eyni cinsli nikahlarla bağlı qadağalar göstərilir.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Fransua Ollandın da Soçiyə getməyəcəyi açıqlanmışdı.