Ana səhifə > Siyasət > Xarici siyasət ATƏT-in Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası avqustun 26-da fəaliyyətə başlayacaq

Ana səhifə > Siyasət > Xarici siyasət ATƏT-in Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası avqustun 26-da fəaliyyətə başlayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə fəaliyyətə başlayacaq.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Tarqay deyib.

Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər gələcək. Bundan əlavə, 50-50 nəfərdən ibarət yardımçı heyət olacaq.

Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası isə 180 nəfərdən ibarət olacaq.

Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO