Amerika Yəhudi Komitəsi Vaşinqton və Bakının strateji tərəfdaşlığının vacibliyinə inanır

Amerika Yəhudi Komitəsi Vaşinqton və Bakının strateji tərəfdaşlığının vacibliyinə inanırTrend-in Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrislə müsahibəsi.

– Siz, ABŞ-da yəhudi icmasının tanınmış ictimai xadimisiniz. Fikrinizcə, xüsusilə Bakı və Vaşinqtonun ekstremizmlə mübarizə, regional əməkdaşlıq, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərində sıx əməkdaşlığı fonunda Amerika-Azərbaycan münasibətlərinin strateji vacibliyi necədir?

– Biz Amerika Yəhudi Komitəsində Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığın vacibliyinə həmişə inanırıq. Müasir narahat dünyada Birləşmiş Ştatların xüsusilə Cənubi Qafqaz və Xəzər kimi vacib və həssas regionlarda güvənə biləcəyi dost və müttəfiqlərə ehtiyacı var. Və əlbəttə ki, təhlükəsizlik məsələlərini və digər ən zəruri problemləri həll etməkdə kömək etmək üçün Azərbaycana və onun daha böyük qonşularına ABŞ-la münasibətlərdə etibarlılığa və ardıcıllığa ehtiyacı var.

– Azərbaycan və İsrail arasında sıx tərəfdaşlıq qurulub. İsrail üçün müsəlmanların üstünlük təşkil etdiyi tolerant və səmimi əhalisi olan Azərbaycan hansı əhəmiyyət kəsb edir?

– Azərbaycanla möhkəm əlaqələrin və əks tərəfli əlaqələrin İsrail üçün necə vacib olduğunu yaxşı bilirəm. Azərbaycan İsrail üçün həlledici tərəfdaşdır və əhalisinin əksəriyyətini yəhudilər təşkil edən dövlətin müsəlmanların çoxluq olduğu ölkə ilə belə sıx əlaqələri olması dini münaqişənin qaçılmazlığını tam inkar edir və əməkdaşlıq və bir yerdə yaşamaq üçün gözəl imkan nümayiş etdirir. Bütün dünya bu dərslərdən nəticələr çıxarmalıdır.

– ABŞ həmişə dost və müttəfiqlərinə münasibətdə ədalətli deyil. Xüsisilə də Azərbaycana münasibətdə “Azadlığa dəstək aktına” 907-cı düzəliş hələ də qüvvədədir, bu yaxınlarda konqresmen Kris Smit ABŞ-ın çoxdankı regional tərəfdaşı olan Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağıran qanun layihəsini təqdim edib. Taleyin ironiyasından bu, Vaşinqtonun Kuba və İrana qarşı sanksiyaları ləğv etdiyi bir vaxtda baş verir. Buna dair fikriniz necədir?

– Biz konqresmen Kris Smiti 30 ildən çoxdur tanıyırıq. O, qayğıkeş dostdur, 1991-ci ildə SSRİ-nin dağılmasınadək sovet yəhudiləri və dissidentlərin etibarlı tərəfdaşı olub. Lakin bu konkret məsələ üzrə onunla fikir ayrılığına düşdük. Biz onun Azərbaycana münasibətdə təklif etdiyi sanksiyaların əleyhinəyik. Onlar ABŞ-ın milli maraqlarına uyğun deyil və ümumiyyətlə desək, lazımsızdır.

– Son dövrlər Amerika Yəhudi Komitəsi Vaşinqtonda İsrailin Bakıdakı səfiri və Azərbaycanın ABŞ-dakı səfiri ilə bir sıra görüşlər keçirib. Bu unikal təşəbbüs və Azərbaycanda yəhudi icması ilə iş barədə daha ətraflı danışa bilərsinizmi?

– Amerika Yəhədi Komitəsi amerikalıları, o cümlədən amerikalı yəhudiləri Azərbaycanla tanış etmək üçün ciddi səylər göstərib, çünki bu ölkə bir çoxlarına burada tanış deyil. Biz çoxsaylı nümayəndə heyətlərinin tərkibində Bakıya səfər etmişik və əlbəttə bunu etməyə davam edəcəyik. Biz Azərbaycanın xarici işlər nazirini bizim illik Qlobal Forumda salamladıq, o burada iki mindən çox iştirakçı qarşısında çıxış etmişdi. Biz Avropaya, Latın Amerikasına və digər ölkələrə səfərlərimiz zamanı Azərbaycan səfirləri ilə görüşməyə, onların yerli yəhudi icmalarına təqdim etməyə çalışırıq. Biz Azərbaycanın Vaşinqtondakı səfirini, ölkənin BMT yanında daimi nümayəndəsini və Los-Ancelesdəki baş konsulunu Amerika Yəhudi Komitəsinin çoxsaylı tədbirlərinə və diskussiyalarına dəvət etmişik. Biz İsrailin Azərbaycandakı səfirini və Azərbaycanın ABŞ-dakı səfirini Vaşinqtondan Nyu-Yorkadək bir sıra şəhərlərdə bir həftə davam edəcək innovasiya görüşlərində, çıxışlarda və proqramlarda iştirak etmək üçün dəvət etməyə şadıq. Bütün bunlar indiyədək Amerika Yəhudi Komitəsinin Azərbaycanla münasibətlərini xarakterizə edən möhkəm dostluq ruhunda edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO