AM-nin çıxardığı üç qərar əsasında Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı üç qərar əsasında Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib, işlər yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb. APA-nın Hüquq Maarifçiliyi Cəmiyyətinin mətbuat xidmətində istinadən xəbərinə görə, bu barədə dünən Ali Məhkəmə Plenumunda qərar qəbul edilib.

Məlumata görə, Plenum Azərbaycan Hüquqşünasları Forumunun (AHF) təsisçilərinin işi, “Müxalifət” qəzetinin əməkdaşları Rövşən Mahmudov və Yaşar Ağazadənin Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək, yenidən baxılması üçün işləri apellyasiya instansiyasına qaytarıb.

Plenum həmçinin 2003-cü ilin 16 oktyabrında polis tərəfindən zorakılığa məruz qaldığı bildirilən Mahirə Muradovanın şikayəti əsasında Avropa Məhkəməsinin çıxardığı qərara da baxıb. Plenum bu işin də yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını ilə bağlı qərar verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO