Almanlar Angela Merkelin istefasını istəyir

Almanlar Angela Merkelin istefasını istəyirAlmaniya əhalisinin 39,9%-i Kansler Angela Merkelin istefasını istəyir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Almaniyanın Focus jurnalı üçün İNSA institutu tərəfindən keçirilmiş sorğuya əsasən, almanlar A.Merkelin miqrasiya böhranı ilə bağlı münasibətini bəyənməyərək onun istefasını istəyirlər.

Sorğuya əsasən, A.Merkelin istefasını istəyənlərin əksəriyyəti – 64,6%-i – “Almaniya üçün alternativ” partiyasının tərəfdarlarıdır.

Eyni zamanda, sorğuda iştirak edənlərin 45,2%-i isə hesab edir ki, kanslerin miqrasiya böhranı ilə bağlı siyasəti onun istefaya getməsinə səbəb ola bilməz.

Yanvarın 19-da A.Merkel 44 deputatın imzaladığı məktub alıb. Məktubda Bundestaq nümayandələri ölkənin miqrasiya siyasətində dəyişiklik edilməsinin zəruri olduğunu vurğulayırlar.

2015-ci il ərzinda Almaniya 1,1 milyonadək qaçqın qəbul edib. Ölkə əhalisinin bir qismi hesab edir ki, bu qədər çox qaçqın və miqrant qısa zaman ərzində alman ictimayyətinə inteqrasiya edə bilməyəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO