Alban abidəsi yararsız vəziyyətə düşüb

Qərb bölgəsinin demək olar ki, əksər rayonlarında Alban mədəniyətinin izlərinə rast gəlmək mümkündür.

Göygöldə yerləşən və erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də buna əyani sübutdur. El arasında Sınıqkilsə adı ilə tanınan bu abidə qeyri-adi görünüşə malikdir. Ehtimallara görə, vaxtı ilə kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin sözlərinə görə, zəlzələ zamanı yerüstü tikililərin hamısı dağıntılara məruz qalıb. O cümlədən də ilkorta əsrlərə aid olan bu bölgədəki kilsələr və digər alban məbədləri də dağıntılara məruz qalıb. Bu tarixi abidə də digər alban məbədləri kimi ermənilərin tarixi saxtalaşdırılmasına məruz qalıb:

“Alban xaçlarının kənarlarında və yaxud da başqa daşların üzərlərində erməni xaçları, erməni işarələri, erməni yazıları həkk etməyə çalışıblar. Və bunlar da 19-20-ci əsrin görsəndiyi kimi onların dırnaqarası əməlləridir. Bununla belə alban xaçları alban simvolikaları yetərincədir”. Təəssüf doğuran məqam isə abidənin hələ də yararsız vəziyyətdə olmasıdır. Tarixin qədim və zənginliyinin sübutu olan digər maddi mədəniyyət nümunələri İmişlinin Sarxanlı kəndindən 4 kilometr aralıda yerləşir. El arasında “Qalaça” adı ilə tanınan bu ərazidə xeyli sayda məişət əşyaları var.

Məktəb direktoru Malik Əliyev deyir ki, burda arxeoloji qazıntılar hələ indiyənə kimi aparılmayıb: “Yaxşı olardı ki, bundan sonra bizim alimlərimiz də gəlib burda ekspedisiya təşkil edib arxeoloji qazıntılar aparsınlar”. Bir hektardan çox ərazini əhatə edən “Qalaça”nın Ərəb və Monqol Tatarlarının hücumuna məruz qaldığı istisna edilmir. Bu ərazinin Kurqan tipli abidələrə bənzərliyi isə “Qalaça”nın tarixinin daha qədim olduğunu sübut edir. Lakin bugünə qədər burda arxeloji qazıntıların aparılmaması hələ də bir çox sualların qaranlıq qalmasına səbəb olur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO