Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, həm Azərbaycan, həm də Aİ yeni, geniş və hərtərəfli hüquqi baza almağı istəyirlər.
M.Mardın sözlərinə görə, tərəflər artıq 25 ildir sıx əməkdaşlıq edirlər, sonuncu saziş 1999-cu ildə qüvvəyə minib və həmin vaxtdan xeyli dəyişikliklər baş verib.