Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır

Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdırAİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır. Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisindən deyiblər.

Bildirilib ki, Azərbaycanın Aİ-yə ixracının 98,8 faizini yanacaq təşkil edir və neftin qiymətinin azalması ilk növbədə Azərbaycanın gəlirlərinə təsir edə bilər: “Ölkənin ticarət sahəsi üçün mənfi nəticələrin yumşadılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi lazımdır və Aİ bu məsələdə Bakını dəstəkləməyə hazırdır”.

Aİ nümayəndəsinin sözlərinə görə, Azərbaycanın ticarətlə bağlı qanunverici norma və prosedurlarının beynəlxalq standartlara yaxınlaşdırılması, Ümumdünya Ticarət Təşkilatının yardımı ilə rəqabət qabiliyyətinin gücləndirilməsi Azərbaycanın ticarət sahəsinin və ölkənin Aİ ilə ticarət münasibətinin dəstəklənməsi üzrə səmərəli alətlər ola bilərdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO