Paytaxtın Xətai rayonunda – “Qara şəhər” adlanan ərazidə “Bakı Ağ şəhər” layihəsinin reallaşdırılması sahəsində işlər daha da sürətlənib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, cari ilin may ayının sonlarında “Bakı Ağ şəhər” layihəsi çərçivəsində Milli Parkın ikinci mərhələsinin təməlqoyma mərasimi keçirilib, burada insanların istirahəti üçün hərtərəfli şəraitin yaradılması istiqamətində geniş tədbirlər planı hazırlanıb.
Artıq rayonun bu ərazisində qızğın iş gedir və yaxın gələcəkdə layihədə nəzərdə tutulmuş digər tikililərin də inşasına başlanacaqdır.
Eyni zamanda, Xocalı prospektindəki iş mərkəzində və Nobel prospektindəki “Yeni həyat “ yaşayış kompleksində də işlər başa çatdırılıb.