Sərgidə ilk dəfə olaraq Azərbaycan da iştirak edir. Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı, Yaxın Şərq və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab edilən “İDEX-2011” sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məhsul nümayiş etdiriləcək. Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxildir.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalov da sərgidə iştirak etmək üçün Abu-Dabidədirlər.
Sərgi zamanı Azərbaycan nümayəndə heyətinin BƏƏ-nin bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
Sərgi fevralın 24-də başa çatacaq.