ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə C.Uorlik “Twitter” sosial şəbəkəsində yazıb.
C.Uorlik yazıb: “Komitəyə və onun sədri Ed Roysa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin müzakirə edilməsinə görə təşəkkür edirəm. Biz münaqişənin nizamlanması üzərində işləmək barədə razılıq əldə etdik”.