ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki illərdən daha fəal iştirak edir

“Mən Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını çox yaxşı başa düşürəm. Biz münaqişənin həllinə nail olmağa çalışırıq”. Trend-in məlumatına görə, bu barədə ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildiib.

Səfir qeyd edib ki, hazırda ABŞ münaqişənin həll olunmasında əvvəlki illərdən daha fəal iştirak edir: “Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü pozitiv oldu və bu görüşlərin davam etdirilməsi vacibdir”.

O, əlavə edib ki, tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar: “Biz bu münaqişənin həlli üçün əlimizdən gələni edəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO