Türkiyə üçün terrorizmlə mübarizə ən vacib və birinci dərəcəli məsələdir. Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib. Onun sözlərinə görə, əgər terrorizm məsələsinə kifayət qədər ciddi yanaşılmasa, bu problem Türkiyəni “dalana dirəyəcək” ki, bu da ölkənin inkişafına mane olacaq. Prezident qeyd edib ki, Türkiyənin bütün vətəndaşları terrorizm probleminin həllində birgə səy göstərməli və yardım etməlidir.
Trend.az