Dağlıq Qarabağ probleminin həllinə dəstək qardaşlıq borcumuzdur, Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdulah Gül Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.
A.Gül deyib ki, Türkiyənin bu dəstəyi Dağlıq Qarabağ probleminin həll olunana qədər davam edəcək.
Prezident bildirib ki, Türkiyə Dağlıq qarabağ probleminin həlli üçün əlindən gələn hər şeyi edəcək.