Bu ayın əvvəlində ABŞ Dövlət Departamentinin illik hesabatında Çin kəskin tənqid edilmişdi. Dövlət Departamnetinin illik hesabatında. Hesabatda deyilmişdi ki, Çin tənqidçilərinə qarşı addımlarını kəskinləşdirib, vətəndaş cəmiyyətinə nəzarəti gücləndirib, internet və söz azadlığına məhdudiyyətlər tətbiq edib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei Vaşinqtonu insan hüquqları təbliğatından əl çəkməyə çağırıb. O, ABŞ-ı öz ölkəsindəki vəziyyətə diqqət yetirməyə və bu kimi hesabatlarla digər ölkələrin daxili işlərinə müdaxilə etməməyə çağırıb. Çin-ABŞ insan hüquqları dialoqu bundan əvvəl də narazılıqlarla başa çatmışdı.