Əgər Avropa Birliyi verdiyi vədlərini yerinə yetirməsə, biz bütün razılaşmaları ləğv edəcəyik. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik, o cümlədən readmissiya haqqında Sazişi də”, deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, Ankara qaçqınların faciəsinə son qoymağa, AB ilə viza rejimini sadələşdirməyə, Brüssel ilə Gömrük İttifaqını “yeniləməyə” və Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqlarda yeni mərhələyə qədəm qoymağa hazırdır.