ABŞ-ın şərq sahillərini vurmuş “Sendi” qasırğasının qurbanlarının sayı ən azı 17 nəfərə çatıb. Bu barədə Trend ABŞ mətbuatına istinadən məlumat verib. Qurbanlar əsasən Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Qərbi Virciniya və Şimali Karolina ştatlarında tələfatlar qeydə alınıb. Güclü külək və yağış nəticəsində ABŞ-ın 11 ştatında 28,5 milyon insan işıqsız qalıb.
ABŞ Milli Qasırğa xəbərdarlığı mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.
Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enməkdədir. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqlarını gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.
Nyu-Yorkun Manhetten səmtində, “Consolidated Edison” şirkətinin elektrik yarımstansiyalarından birində partlayış baş verib.
Ekspertlərin dediklərinə görə, ABŞ-da 11 ştat və Kolumbiya federal dairəsində “Sendi”dən təqribən 50 milyon insan zərər çəkə bilər.
Trend.az