Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini təmin etməklə bağlı qurumun Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qərarı qəbul edib.
APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, AŞ PA bütün üzv ölkələri, xüsusən də Azərbaycan, Rusiya və Türkiyəni diffamasiya haqqında qanunvericiliyə və onun praktik istifadəsi məsələsinə AŞ PA-nın 1577 saylı qətnaməsi əsasında yenidən baxmağa çağırılıb.
Parlamentarlar qeyd ediblər ki, diffamasiya haqqında qanun KİV-də tənqidi şərhlərə və satiraya şamil edilməməlidir. AŞ PA həmçinin üzv ölkələri seçki kampaniyaları zamanı siyasi partiyalar və namizədlərin KİV-ə sərbəst çıxışını təmin etməyə çağırıb.