
Azərbaycanda kütləvi informasiya vasitələri seçkilərin işıqlandırılmasında müxtəliflik nümayiş etdirmir, mediada plüralizm aşağı səviyyədir.
«Yeni Nəsil» Jurnalistlər Birliyi ilə Avropa Şurasının keçirdiyi monitorinqin nəticələrində belə deyilir. Monitorinqin nəticələrinə görə, KİV-in Azərbaycandakı prezident seçkilərinə marağı azdır.
«Mətbuatın seçkiyə marağı yoxdur, amma bununla belə televiziyalarda seçki prosesi ilə bağlı qaydalar mətbuatla müqayisədə daha çox pozulur»-, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib.
Monitorinq namizədlərin təbliğat-təşviqat kompaniyası başlanana qədər 70 gün ərzində aparılıb.