Tədbir Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilir.
İki gün davam edəcək forum çərçivəsində yeni investisiya əlaqələrinin qurulması və strateji kommersiya saziş və müqavilələrin asanlaşdırılması kimi məsələlər iştirakçıların diqqət mərkəzində olacaq. Forumun əsas məqsədi Azərbaycan iqtisadiyyatının hazırkı və potensial investisiya imkanları, investisiya mühiti üzrə son məlumatlar, sabit investisiya mühitin təmin edilməsi üçün həyata keçirilən siyasətin aspektləri, Azərbaycan iqtisadiyyatını cəlbedici edən amillər haqqında potensial investorların məlumatlandırılmasıdır.