Bu ilin oktyabr ayının 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədi ilə ölkənin bütün ucqar yaşayış məntəqələri telefonlaşdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edir: «Aztelekom» İstehsalat Birliyi Azərbaycanın bütün regionlarında mini-ATS quraşdırıb. Hazırda Azərbaycanda 5-6 ucqar kənd qalıb ki, onlar da bu ilin oktyabr ayının 10-dək telefonlaşdırılacaq».