Prezidentliyə namizədləri həbsxanaya aparacaqlar

Məhbusların seçici hüquqlarının qorunması ilə bağlı tədbirlər görülür

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi (AMYM İB) məhkumların ictimai həyatda fəal iştirakını təmin etmək məqsədilə qarşıdan gələn prezident seçkilərində məhkumların seçki prosesində aktiv iştirakının, azadlıqdan məhrumetmə yerlərində keçirilən seçkilərin nəticələrinin ictimaiyyətə səmərəli şəkildə çatdırılmasının təmininə yönəlmiş tədbirlər həyata keçirir. Təşkilatdan Lent.az-a verilən məlumata görə, 15 oktyabr prezident seçkilərində AMYM İB-nin əməkdaşlarının cəzaçəkmə müəssisələrində müşahidəçi qismində iştirakı və prezidentliyə namizədlərlə məhbus seçicilərin görüşlərinin təşkili azadlıqdan məhrum etmə yerlərində saxlanılan məhbusların, digər azad seçicilər kimi, seçkilərdə öz azad iradələrini ifadə etmələrinə yardım etmək məqsədi daşıyır. Təşkilat cəzaçəkmə müəssisələrində seçkilərin keçirilməsi üçün maksimal səmərəli şəraitin yaradılmasına nail olmağa çalışır. Bununla bağlı prezidentliyə namizədlərin hər birinə müvafiq müraciət ünvanlanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO