Azərbaycan və Yunanıstan arasında 4 sənəd imzalanıb

Iki ölkə arasında dörd sənəd imzalanıb. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” də imzalanıb. Sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Dəniz nəqliyyatına dair saziş”ə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imza atıblar.

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzalayıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO